Mirzoyan Moskvaya gedəcək

Mirzoyan Moskvaya gedəcək
  20 Yanvar 2025    Oxunub:400
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfərə yollanacaq.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Danışıqların yekununda tərəflərin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 14-də Lavrov mətbuat konfransında erməni həmkarının Moskvaya gözlənilən səfəri barədə məlumat vermişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   nazir   səfər  





Xəbər lenti