Pekin: “ABŞ özünün hegemon və despot simasını göstərdi”

      Pekin:    “ABŞ özünün hegemon və despot simasını göstərdi”
  21 Yanvar 2025    Oxunub:299
Kubaya növbəti dəfə terrorun sponsoru statusunu verməklə ABŞ özünü hegemon və despot imicini ifşa etdi.
AzVision.az xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun keçirdiyi brifinqdə belə deyib.

“Kuba prezidenti Dias-Kanelin dediyi kimi, ABŞ-nin yeni hökumətinin Kubanı terrorizmi himayə edən ölkələr siyahısına salmaq kimi aldadıcı təcrübəni bərpa etməsində məqsəd Kuba üzərində hökmranlıq yaratmaq üçün ona qarşı amansız iqtisadi müharibəni davam etdirməkdir”, - çinli diplomat bildirib.

Onun sözlərinə görə, bu addım ABŞ-nin birtərəfli siyahılarının və icra mexanizmlərinin pis imicinin göstəricisidr.

-Terrorçuluğa sponsorluq edən ölkələrin qondarma siyahısından dəfələrlə istifadə edilməsi və Kubaya qarşı özbaşına birtərəfli sanksiyaların tətbiqi faktlara ziddir və heç bir əsası olmayan bu addım ABŞ-nin hegemon və despot imicini tam açıb göstərir”, - Çinin XİN təmsilçisi vurğulayıv.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin son qərarını ləğv edərək, yenidən Kubaya terrorun sponsoru ölkəsi statusunu verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   ABŞ   Kuba  





Xəbər lenti