Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: Milyon dollar qazanıb

   Ukrayna ordusunun baş psixiatrı saxlanıldı:    Milyon dollar qazanıb
  21 Yanvar 2025    Oxunub:307
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları qalmaqallı həbs həyata keçiriblər.
UNİAN-nın yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin(SBU) baş psixiatrı saxlanılıb. O, Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə zamanı Kiyev vilayətində və Odessada daşınmaz əmlaklar əldə etməkdə və 1 milyon dollardan çox varlanmaqda şübhəli bilinir.

Ukraynada yüksək vəzifəli zabitlər saxlanılıb
Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidmətinin əməkdaşları isə Telegramda paylaşım edərək yazıblar ki, xüsusi xidmət orqanı əməkdaşları baş psixiatrı müdafiə naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanının köməyi ilə nəzarətə götürə biliblər.

Qeyd edilib ki, o, həm də Mərkəzi Hərbi Komissiya sədrinin müavinidir və hərbi qulluqçuların xidmətə yararlılığı barədə qərar qəbul edir: "İstintaq müəyyən edib ki, məmur rusların genişmiqyaslı işğalı başlayandan xeyli zənginləşib. O, dəyəri 1 milyon ABŞ dollarından artıq olan və əsaslandırılmamış əmlak əldə edib. Eyni zamanda baş psixiatr müvafiq əmlakı bəyannamədə əks etdirməyib. Mülkü həyat yoldaşı, qızı, oğulları və digər üçüncü şəxslərin adına rəsmiləşdirib.

Hərbi məmur 2022-2024-cü illər ərzində Kiyev vilayətinin Obuxovski rayonunda fərdi ev və iki torpaq sahəsi əldə edib. Bundan başqa, təqsirləndirilən şəxs paytaxtda daha iki mənzil və Odessada bir ev də alıb. Məlumatda qeyd edilibki, psixiatr dörd dəbdəbəli avtomobil - BMW X7 (2024), BMW X7 və BMW X3 (hər ikisi 2022) və BMW X5 (2023) alıb. Ordu məmuru təfərrüatları açıqlanmayan başqa əmlak da əldə edib.

Xatırladaq ki, dünən də Ukrayna ordusunun bir neçə yüksək rütbəli zabitinin saxlanılması barədə məlumat yayılmışdı. Onlardan biri 155-ci mexanikləşdirilmiş briqadanın keçmiş komandiri, polkovnik Dmitri Ryumşin idi. Bu briqadada əsgərlərin və zabitlərin kütləvi şəkildə hərbi hissəni özbaşına tərk etməsi halları qeydə alınıb.

Digər şəxslər isə “Xarkov” əməliyyat-taktiki idarəsinin keçmiş komandiri, briqada generalı Yuri Qaluşkin və 125-ci Lvov “Teroborona” briqadasının keçmiş komandiri, general-leytenant Artur Qorbenko olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti