Lavrov: “Biz tərəf saxlamırıq”

      Lavrov:    “Biz tərəf saxlamırıq”
  21 Yanvar 2025    Oxunub:436
Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması məsələsində tərəf tutmur, o, ilk növbədə, vəziyyətin normallaşmasında və qardaş xalqlar arasında mehriban qonşuluq münasibətlərində dərindən maraqlıdır.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni hamkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair birgə mətbuat konfransında belə deyib.

Jurnalistlərdən birinin “Çox vaxt Moskvanın rəsmi və ya media ritorikasında Rusiyanın mövqeyinin Azərbaycanın yanaşmaları ilə sinxronlaşması nəzərə çarpır” iddiasının cavabında Rusiyanın mövqeyinin “düzgün təfsir” olunmadığına diqqət çəkib.

“Biz qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasını təmin etməkdə dərin marağımıza əsaslanaraq, fikrimizcə, çox, çox aktual olan, Yerevanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələləri ilə məşğuluq”, - Rusiya XİN-in rəhbəri bildirib.

Qeyd edək ki, bu gün Moakvada Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla ikitərərfli və regionla məsələləri müzakirə edən Sergey Lavrov danışıqların çox dolğun və məhsuldar olduğunu vurğulayıb.

- Biz 2020 və 2022-ci illərdə üç ölkənin liderləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı yönündə Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlərdə normallaşdırılmasına lazımi kömək göstərməyə hazırıq”, - ruisyalı nazir deyib.

O, Moskvanın nöqteyi-nəzərindən bu razılaşmaların, xüsusən də regiondakı mövcud vəziyyət fonunda hələ də aktual olduğunu, Cənubi Qafqaz istiqamətində Moskvanın hərəkətlərində regional təhlükəsizliyin mühüm yer tutduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti