Tramp Kiyevə silah verilməsi məsələsinə aydınlıq gətirib

   Tramp Kiyevə silah verilməsi məsələsinə aydınlıq gətirib
  22 Yanvar 2025    Oxunub:289
ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib ki, Ukraynaya əlavə silah tədarükü məsələsi hazırda nəzərdən keçirilir.
AzVision.az bildirir ki, jurnalistlərdən birinin yeni administrasiyanın Ukrayna ordusuna tədarükləri davam etdirməyə hazır olub-olmaması ilə bağlı sualına Tramp “Biz bu məsələni araşdırırıq” cavabını verib.
“Avropa İttifaqı (Aİ) Ukraynanı dəstəkləmək üçün indi etdiyindən daha çox iş görməlidir. Mən Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıram və çox tezliklə Rusiya prezidenti Vladimir Putinlə danışmağı planlaşdırıram. Putin dialoqdan imtina edərsə, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdən keçirməyə hazıram”, - “Reuters” agentliyi Donald Trampdan sitat gətirir.

Eyni zamanda, Kiyevə silah tədarükünün tamamilə dayandırılmasının mümkünlüyünü istisna etməyən ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putinlə onun əlverişli saydığı istənilən vaxt görüşməyə hazır olduğunu bildirib.

Maraqlıdır ki, Donald Tramp Çinin sədri Si Cinpindən Ukraynadakı münaqişənin həllinə köməklik göstərməsini istəyib.

- Onun çox gücü çoxdur. Bizimki kimi. Mən dedim: biz bunu həll etməliyik”, - ABŞ-nin yeni prezidenti Si Cinpindən Ukrayna böhranının aradan qaldırılmasına kömək istəyib-istəməməsi ilə bağlı sualları cavablandırarkən deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   Ukrayna  





Xəbər lenti