İranda 18 min ton tutumu olan neft anbarında qəza baş verib

İranda 18 min ton tutumu olan neft anbarında qəza baş verib
  22 Yanvar 2025    Oxunub:279
Tehrandan 10 km cənubunda yerləşən Rey şəhərindəki neft anbarlarında qəza baş verib.
Bu barədə İranın Tasnim agentliyi Telegram kanalında məlumat yayıb.
"Milli neft emalı şirkətinin baş direktoru 18 min ton tutumu olan neft anbarında qəza baş verdiyini təsdiqləyib", - məlumatda qeyd edilib.
Qəzanın təfərrüatları hələlik məlum deyil. Mehrnews isə xəbər verir ki, yanğınsöndürənlər artıq hadisə yerinə cəlb ediliblər və vəziyyət nəzarət altındadır.

Hadisə yerində olan yanğınsöndürənlərdən biri jurnalistlərə bildirib ki, yanğın səhər saatlarında baş verib. Ölən və yaralananlarla bağlı məlumat verilməyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti