Fransa Bəşər Əsədin həbsinə yeni order verib

“Sərəncamın verildiyi hadisə 59 yaşlı fransa-suriyalı Salah Əbu Nabunun Dəraa əyalətindəki evinin Suriya hərbi helikopterləri tərəfindən hücuma məruz qalması nəticəsində həlak olması ilə bağlıdır. Əvvəllər kimyəvi silahdan istifadə ilə bağlı iddialarla əlaqədar, Əsədin o zamankı toxunulmazlığına görə, Fransa prokurorluğunun etiraz etməyə çalışdığı həbs qərarı artıq verilmişdi”, - agentlik yazır.
Fransanın Kassasiya Məhkəməsi prokurorun əvvəlki qərardan verdiyi şikayətə martın 26-da baxmağı planlaşdırır. “AFP”-nin məlumatına görə, indiyədək Suriyanın yüksək vəzifəli məmurları, o cümlədən Bəşər Əsəd haqqında 14 həbs orderi verilib.
Sahil İsgəndərov
AzVision.az