Növbəti Azərbaycanda

Növbəti Azərbaycanda
  21 Aprel 2013    Oxunub:1449
Krans Montana Forumunun 24-cü illik iclası bu il iyunun 27-dən 30-dək Bakıda keçiriləcək.
AzVision.az Forumun rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq biznes və sərmayələr mərkəzinə çevrilən Azərbaycanda keçiriləcək illik iclasda dünyanın müxtəlif ölkələrindən hökumət və biznes dairələrinin 600-dək nümayəndəsi iştirak edəcək.

Forum öz işini "Dəniz səviyyəsinin qalxmasının dağıdıcı təsirləri və kiçik ada ölkələrinə iqlim dəyişikliklərinin təsiri: su səviyyəsinin qalxmasından və okeanların deqradasiyasının təsirindən əhalini necə müdafiə etmək olar?" paneli, "Təbii fəlakətlər zamanı risklərin idarə edilməsi imkanlarının möhkəmləndirilməsi: fövqəladə hallarla məşğul olan qurumların artan rolu", " İKT inqilabı: böyük dəyişikliklərlə dolu dünyadayıq", "2013-cü il Azərbaycanda İKT ilidir: məqsədlər və imkanlar" interaktiv sessiyaları, "Avropa maliyyə böhranından necə çıxacaqdır? Avro böhranı Orta Şərq iqtisadiyyatına necə təsir edəcəkdir? Mərkəzi Asiya ölkələri Avropa ilə əməkdaşlığa necə uyğunlaşacaqdır?", "Dünyanın aktual çağırışları: qlobal və enerji təhlükəsizliyi", "Enerji təchizatı yollarının təhlükəsizliyi", "Uğurlu ikitərəfli əməkdaşlıq nümunəsi: Rumıniya və Azərbaycan", "Dünyada sülhün bərpası", "Azərbaycan və onun beynəlxalq qovşaqları: beynəlxalq və regional nəqliyyat strategiyalarının həyata keçirilməsi", "Çoxtərəflilik dünya biznes idarəetməsinin və sülhün təşviqinin əsasıdır: daha demokratik sistem mümkündürmü?" plenar sessiyaları ilə davam etdirəcək.

Krans Montana Forumu çərçivəsində "Regional və beynəlxalq səviyyədə dənizə birbaşa çıxışı olmayan ölkələrlə tərəfdaşlıq strategiyaları"na həsr edilmiş "Limanlar Klubu"nun növbəti iclası təşkil ediləcək.

İclasda dənizə birbaşa çıxışı olmayan ölkələrin dünya ticarətinə inteqrasiyası məsələləri müzakirə ediləcək. Forum çərçivəsində "Gələcəyin yeni liderləri" mövzusunda xüsusi iclas təşkil ediləcəkdir. İclas gələcək liderlərə Azərbaycanın potensialını öyrənmək və daha yaxından tanımaq imkanı verəcək.



Teqlər:





Xəbər lenti