"Ukraynanı bütün Qərb strukturlarına qoşmaq istəyirik"

"Ukraynanı bütün Qərb strukturlarına qoşmaq istəyirik"
  22 Yanvar 2025    Oxunub:297
Avropa Komissiyası hələ də Ukraynanı bütün Qərb strukturlarına, o cümlədən NATO-ya inteqrasiya etməyə, həmçinin Kiyevə silah tədarükünü artırmağa ümid edir.
AzVision.az xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) çıxışı zamanı iqtisadiyyat və məhsuldarlıq üzrə Avropa komissarı Valdis Dombrovskis deyib.

"Biz Ukraynada güc nümayiş etdirməliyik və ölkəni bütün Qərb strukturlarına inteqrasiya etməliyik. Bu inteqrasiya artıq başlayıb, biz onun Aİ-yə qəbulu ilə bağlı danışıqlar aparırıq, lakin təhlükəsizlik baxımından əsas məsələ NATO-dur", - deyə o qeyd edib.

Dombrovskis 2008-ci ildə Ukraynanın NATO-ya qəbul edilməməsinin səhv olduğunu da bildirib: "Aİ daha çox iş görməli və Ukraynanı silah və sursatla təmin etməlidir".


Teqlər:





Xəbər lenti