Tramp hökuməti İsrailin Livandan dərhal çıxmasını istəyir

   Tramp hökuməti İsrailin Livandan dərhal çıxmasını istəyir
  23 Yanvar 2025    Oxunub:358
Tramp administrasiyası "Hizbullah" terror təşkilatı ilə atəşkəs sazişinin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bazar gününədək Livanın cənubundan tamamilə çıxmasını gözləyir.
Bu barədə İsrail Ordusunun Radiosu məlumatlı mənbəyə istinadən bildirir. Diqqətə çatdırılır ki, Tramp hökuməti İsrail tərəfinə Livandan geri çəkilmə üçün əlavə 30 gün möhlət verməyəcək.

"Bu baxımdan ABŞ Prezidenti Donald Trampın rəhbərliyindəki yeni hökumət öz mövqeyi ilə Co Bayden administrasiyasından, şübhəsiz, fərqlənir. Xatırladaq ki, Bayden hökuməti İsrailə atəşkəs sazişində nəzərdə tutulan 60 günlük geri çəkilmə müddətindən əlavə 30 gün də vaxt verməyi nəzərdə tuturdu", - məlumatda deyilir.
Politico: "Tramp hökuməti Qəzzada atəşkəsi qorumağa çalışır"

İsrailin ABŞ-dəkı səfiri Maykl Hertsoq radioya açıqlamasında söyləyib ki, hazırda bu məsələ ilə bağlı Vaşinqtonla danışıqlar aparılır.

"Zənnimcə, ortaq məxrəcə gəlib müddəti uzada biləcəyik", - səfir vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Livan   danışıqlar  





Xəbər lenti