ABŞ və Hindistan azad ticarətə keçməyi planlaşdırır

“Bu, müsbət yanaşmadır, çünki ABŞ sinerjinin (əlaqəni gücləndirən iki və ya bir neçə faktor) mövcud olduğu yerlərdə sektoral və ikitərəfli azad ticarət sazişləri əldə etmək üçün digər ölkələrlə işləməyi düşünür”, - mənbələrədn biri nəşrə deyib.
Qəzet bildirir ki, Hindistanın Ticarət nazirliyi sənədi öyrənir və cavab hazırlamaq üçün məsləhətləşmələr aparır. Memorandumda qeyd olunan bəzi elementlərin Hindistana müsbət təsir göstərəcəyi vurğulanır.
- Bizim yeganə narahatlığımız Hindistanın neqativ təsirlərə məruz qalmasıdır. Çalışacağıq ki, ölkəmizə mənfi təsir göstərə biləcək hər şeyi müəyyən edək. ABŞ hadisələrin gedişatını izləyəcək və yalnız lazım gəldikdə hərəkətə keçəcək”, - mənbə deyib.
Sözsüz ki, Hindistana neqativ təsirlər dedikdə, onun daxil olduğu BRİCS üzlərinin, ilk növbədə isə Rusiyanın Nyu-Dehlinin mövqeyinə göstərə biləcəyi təsir nəzərdə tutulur.
Sahil İsgəndərov
AzVision.az