Bəzi psixoloqlar təhsilləri barədə sualı cavablandırmır

   Bəzi psixoloqlar təhsilləri barədə sualı cavablandırmır
  23 Yanvar 2025    Oxunub:382
Sosial şəbəkələrdə özünü psixoloq, parapsixoloq, mental psixoloq, şəxsi inkişaf və uğur mütəxəssisi, mental sağlamlıq eksperti, şüuraltı terapevt, neyrolinqvist, ruh terapisti, hipnoz mütəxəssisi, geştalt terapiya uzmanı kimi təqdim edən çoxsaylı şəxslərin bir qismi müvafiq təhsilə malik olmaları barədə verilən sualı cavablandırmaqdan yayınırlar.
Bu fikirlər Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələrində əks olunub.

“Psixoloq kimi fəaliyyət göstərənlərin öz “Facebook” hesablarında bir çox hallarda yalnız ailə-məişət mövzularına fokuslanması və bununla əlaqədar qeyri-peşəkar fikir, mülahizə və tövsiyələri cəmiyyətdə psixologiya elmi ilə bağlı yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. “İnstagram”da müvafiq təhsil və təcrübəyə malik olmayan şəxslərin psixoloq qismində fəaliyyət göstərdiyi çoxsaylı profil və səhifələrin mövcudluğu qeydə alınıb. “Tik-Tok” da isə canlı yayım vasitəsilə müvafiq məsləhətlərin verilməsi, hətta müalicə təyin olunması halları müşahidə edilib”, - deyə açıqlamada bildirilib.

Monitorinq nəticələrinə əsasən həmin sosial şəbəkədə müvafiq qrup və səhifələrdə aparılan müzakirələrin təhlili göstərir ki, peşəkar psixiatriya yardımı və müalicə prosesi ilə bağlı stereotiplər xüsusilə aktualdır. Müalicə prosesində təyin olunan psixotrop dərmanların, xüsusilə antidepressantların asılılıq yaratması, dərman preparatları qəbul edən şəxslərin normal həyat tərzini, əmək fəaliyyətini, həmçinin təhsil almaq imkanlarını məhdudlaşdırması barədə elmi əsası olmayan fikirlər sosial şəbəkələrdə geniş yayılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti