30 il əvvəl qətllər törətmiş manyak həbs edilib

30 il əvvəl qətllər törətmiş manyak həbs edilib
  23 Yanvar 2025    Oxunub:299
Rusiyanın Kamensk-Uralski Məhkəməsi 1990-cı illərdə 7 nəfəri qətlə yetirmiş Viktor Petriçenkonu həbs edib.
Bu barədə ölkənin Sverdlovsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Rusiyada qadınlara hücum edən manyak axtarılır - VİDEO
"O, 1993-cü il yanvarın 5-də Kamensk-Uralski şəhərində RSFSR Cinayət Məcəlləsinin 102-ci maddəsinin "z" bəndi ilə (iki nəfərdən çox şəxsi qəsdən öldürmə) cinayət törətməkdə ittiham olunur", - qurumun bəyanatında qeyd edilib.

Mətbuat xidmətinin məlumatına görə, Petriçenko 1993-cü ildə ikisi uşaq olmaqla 7 nəfəri qətlə yetirib. Manyak cinayətkar Amur vilayətində tapılaraq Kamensk-Uralskiyə aparılıb. O da vurğulanıb ki, həmin şəxs hələ 90-cı illərdə şübhəlilərdən biri hesab edilirmiş: "Məhkəmə manyak barəsində martın 8-dək həbs qətimkan tədbiri seçib. Prokuror təqsirləndirilən şəxsin qaçmaq imkanının olmaması üçün belə bir həbs-qətimkan tədbiri seçilməsini istəyib".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Manyak   Rusiya  





Xəbər lenti