Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyası fəaliyyətini bərpa edib

   Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyası fəaliyyətini bərpa edib
  23 Yanvar 2025    Oxunub:305
Bu gün İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclası öz işinə başlayıb.
AzVision.az Pakistan mətbuatına istinadən xəbər verir ki, komissiyanın əsas iclası yanvarın 24-də keçiriləcək.

İclasda müdafiə, ticarət və digər strateji istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Bu gün Azərbaycan və Pakistan nümayəndələri energetika, nəqliyyat və ticarət sahələrində əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Xüsusilə müdafiə sənayesi, İKT və rəqəmsal idarəetmə, bank işi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, idman, gənclər, mədəniyyət, elm və təhsil, səhiyyə, iqlim dəyişikliyi, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində əməkdaşlıq müzakirə olunub.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri müdafiə sənayesi naziri Vüqar Mustafayevdir.

Komissiyanın yeddinci iclası 2021-ci ilin dekabr ayında Bakıda keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti