Ukrayna PUA-larının Rusiyaya kütləvi hücumu olub

Ukrayna PUA-larının Rusiyaya kütləvi hücumu olub
  24 Yanvar 2025    Oxunub:310
Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinin paytaxt Moskva şəhəri də daxil olmaqla 10-dan çox vilayət üzərində bu gecə Ukraynanın 121 pilotsuz təyyarəsini məhv etdiyi bildirilir.
AzVision.az xəbər verir ki, Rusiyanın Müdafiə nazirliyi belə məlumat yayıb.

“Ötən gecə Ukraynanın 121 PUA-sı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən tutularaq məhv edilib: 37-Bryansk, 20-Ryazan, 17-Kursk, 17-Saratov, 7-Rostov, 6-Moskva, 6-Belqorod, 3-Voronej, 2-Tula, 2-Orlov, 2-Lipetsk vilayətləri, 1-Krım yarımadas, 1- Moskva şəhəri üzərində”, - xəbərdə deyilir.

Qeyd edək ki, bu hadisə cari ilin əvvəlindən Ukrayna PUA-larının Rusiyaya ilk belə kütləvi hücumudur. İstisna deyil ki, Putinlə Tramp arasında ehtimal edilən telefon danışığı ərəfəsində rəsmi Kiyev özünün də mövqeyinin vacib olduğu zərurətini bu yolla Vaşinqtona və Moskvaya xatırladır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   PUA-lar  





Xəbər lenti