“Nəticədə iki şey baş verdi: onlar (ukraynalılar) cəsarətli idilər, amma biz onlara milyardlarla dollar verdik. ABŞ Avropadan iki yüz milyard dollar çox pul verdi...Rusiyanın 30 minlik tank ordusu var. Zelenskinin praktiki olaraq biri (tankı) də yox idi. Sonra avadanlıqları tökməyə, tökməyə, tökməyə, tökməyə, tökməyə başladıq. Avadanlıqdan istifadə etməyə cəsarətləri var idi. Amma nəhayət ki, sonda bu müharibə həll olunmalıdır”, - Tramp vurğulayıb.
Kreml Trampın hədəsinə cavab verib |
Bir gün əvvəl ABŞ prezidenti Rusiyadan Ukraynadakı müharibəni dayandırmaq üçün “sövdələşməyi” tələb edib, əks halda Moskvaya qarşı daha sərt sanksiyalar və tariflər vəd edib. O, həmçinin müharibəni bitirmək üçün neftin qiymətinin aşağı salınmasına çalışacağını bildirib.
Sahil İsgəndərov
AzVision.az