Azərbaycanda Mükəmməllik Mərkəzi təsis olunacaq
Memorandumun əhəmiyyətinə toxunan İRİA-nın sədri Fərid Osmanov bildirib ki, qurum israilli texnologiya şirkəti ilə innovasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsində qərarlıdır.
“Biz İsrailin akademik və texnoloji təşkilatları ilə əməkdaşlıq edərək onların qabaqcıl təcrübəsini Azərbaycana gətirmək və bilik mübadiləsini təşviq etməyi hədəfləyirik. İlkin təşəbbüslər arasında Azərkosmosla insan kapitalının inkişafı və innovativ həllərin yaradılması olacaq. Süni intellekt, kvant, dayanıqlı kosmik və energetika texnologiyası istiqamətlərinə xüsusi diqqət ayıracağıq”, - deyə F.Osmanov əlavə edib.
“Israel Aerospace Industries” korporasiyasının texnologiya üzrə baş direktoru Eytan Eşel bildirib ki, Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan və İsrail şirkəti arasında texnoloji sahədə dərin əməkdaşlığın mövcudluğundan xəbər verir. Onun sözlərinə görə, bu anlaşma ilə hər iki ölkə öz innovativ və texnoloji potensialını yeni mərhələyə daşımaq, o cümlədən sahə üzrə güclü insan kapitalını yetişdirməkdə real imkanlar əldə edir.
Əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi məqsədilə bir sıra ortaq tədbirlərin, seminarların, forumların, təlim proqramlarının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, COP29 zamanı İRİA-nın təşəbbüsü ilə təşkil olunmuş “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” tədbirində “Israel Aerospace Industries” korporasiyası ilə panel sessiyası da baş tutub və davamlı əməkdaşlıq üçün zəmin yaranıb.
AzVision.az
Teqlər: