Vaşinqton Meksika körfəzinin "ekspansiya"sına başlayıb

   Vaşinqton Meksika körfəzinin "ekspansiya"sına başlayıb
  25 Yanvar 2025    Oxunub:487
ABŞ-nin Daxili İşlər nazirliyi bir sıra coğrafi adların dəyişdirilməsi, xüsusən də Meksika körfəzinin Amerika körfəzi adlandırılması barədə tapşırıq verib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Daxili İşlər nazirliyinin press-relizində qurumun öz tabeliyində olan Coğrafi Adlar Şurasına federal səviyyədə bəzi coğrafi adlara düzəlişlər etməyi tapşırdığı bildirilir.

“Prezidentin sərəncamı ilə Meksika körfəzi rəsmi olaraq Amerika Körfəzi və Şimali Amerikanın ən hündür zirvəsi yenidən Mak-Kinli dağı adlandırılacaq”, - məlumatda bildirilir.

ABŞ-də Meksika körfəzinin adının dəyişdirilməsi təklif olunacaq
Körfəzin “ölkə tarixində və iqtisadiyyatında ən mühüm sərvətlərdən biri” “millətin yüksəlişinin təməl daşı” olduğu vurğulanır.

- Körfəzin ABŞ-nin iqtisadi gücünə və inkişafına davamlı töhfəsini etiraf edən Tramp rəsmi olaraq onu Amerika Körfəzi adlandırmaqla bu ərazinin ölkə üçün əhəmiyyətini bir daha təsdiqləyir”, - ABŞ-nin Daxili İşlər nazirliyi qeyd edib.

Donald Tramp yanvarın 20-də andiçmə mərasimindəki nitqində Meksika körfəzinin adının dəyişdirilməsini rəsmən elan edib və bundan sonra müvafiq sərəncam imzalayıb. Qərar yalnız ABŞ-nin federal agentlikləri üçün məcburidir, özəl şirkətlərdən və digər ölkələrdən ona əməl etmək tələbi qoyulmur.

Qeyd edək ki, “Meksika körfəzi" adı dörd əsrdən çoxdur istifadə olunur və hamı tərəfindən tanınır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Meksika   Amerika  





Xəbər lenti