Jurnalistlər Gürcüstanın keçmiş liderinin Trampa Rusiyanın respublikadan “oyun meydançası” kimi istifadə etdiyini başa salmaq niyyətində olduğunu aydınlaşdırıblar. Zurabişvilinin fikrincə, Tramp regiona maraq göstərməsə, ölkə Rusiya və Çinin təsir dairəsində qalacaq.
![]() |
Salome Zurabişvili Amerikada iş tapıb |
“Mənim Vaşinqtona əsas mesajım odur ki, Gürcüstan bu gün amerikalı dostlarımızın diqqətinə həmişəkindən daha çox ehtiyac duyur”, - rəsmi Tbilisiyə müxalif mövqe tutan siyasətçi bildirib.
Xatırladaq ki, yanvarın 8-də Gürcüstanın keçmiş prezidentinin Amerikada iş tapdığı bəlli olub. ABŞ-nin Arizona Universitetinin Makkeyn İnstitutunda Kissincer təqaüdçüsü vəzifəsinə təyin edilən Salome Zurabişvili tələbələrə “demokratiyanın yaradılması” nı öyrədəcək.
Sahil İsgəndərov
AzVision.az