“Kapital Bank” “Birbank” mobil tətbiqində yaranan problemlə bağlı açıqlama yayıb

“Kapital Bank” “Birbank” mobil tətbiqində yaranan problemlə bağlı açıqlama yayıb
  27 Yanvar 2025    Oxunub:866
Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə "Kapital Bank" məlumat yayıb.

"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik", - məlumatda deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti