Kovalçuk: “Əsas hədəf Arktikadır”

      Kovalçuk:    “Əsas hədəf Arktikadır”
  28 Yanvar 2025    Oxunub:622
Arktika Rusiyanın qlobal üstünlüyüdür. Vladimir Putin bunu tamamilə aydın şəkildə ifadə etdi, başa düşdü və bu istiqamətdə xeyli addımlar atdı.
AzVision.az xəbər verir ki, Rusiyanın “Kurçatov İnstitutu” Milli Tədqiqatlar Mərkəzinin prezidenti Mixail Kovalçuk belə nəyanatla çıxış edib.

“Arktika gələcəyin poliqonudur. Bu gün bizi hansısa Ukraynaya və ya Ermənistana yayındırırlar, amma əslində əsas sınaq meydanı Arktikadır. Rusiya bu ərazinin qanuni sahibidir, çünki dünya buzqıran donanmasının 50%-dən çoxu ona məxsusdur”, - Kovalçuk bildirib.

Onun iddiasına görə, həm də Rsuiyanın atom buzqıran gəmiləri ilə dünyada rəqabət apara biləcək gəmilər yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Arktika   üstünlük  





Xəbər lenti