Rusiya öz hərbi texnikasını Suriyadan çıxarır

Rusiya öz hərbi texnikasını Suriyadan çıxarır
  28 Yanvar 2025    Oxunub:497
Peyk görüntüləri rusların Suriyanın Tartus limanından hərbi texnikanı çıxardıqlarını təsdiqləyir.
“Azadlıq” radiosu Suriyanın hər yerindən gətirilən Rusiya hərbi texnikasının Rusiya Müdafiə nazirliyinin “Oboronlogistika” şirkətinin “Sparta” və “Sparta II” yük gəmilərinə yüklənməsinə başlandıqdan sonra çəkilmiş Tartus limanının ilk peyk görüntülərini dərc edib.

Yanvarın 18-i və 27-nə aid fotoşəkillərin müqayisəsindən görünür ki, “Sparta II” artıq limanı tərk edib və bununla yanaşı, avadanlığın əhəmiyyətli hissəsi estakadadan yoxa çıxıb. “Sparta” isə limanda qalır, 18 yanvarda demək olar ki, boş olan yaxınlıqdakı meydança indi konteynerlərlə doludur.

Qeyd edək ki, bu yaxınlarda Suriyanın yeni hakimiyyət orqanlarının Tartus dəniz limanının idarə olunması ilə bağlı Rusiyanın “Stroytransgaz” şirkəti ilə razılaşmanı pozduğu barədə məlumat yayılmışdı. Halbuki, bu sazişin müddəti 49 il idi.



Sahil İsgəndərov
AzVision.az




Teqlər: Rusiya   Suriya   texnika  





Xəbər lenti