Forbes: “Rusiya ordusu fəlakətli itkilər verir”

      Forbes:    “Rusiya ordusu fəlakətli itkilər verir”
  29 Yanvar 2025    Oxunub:520
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Amerikanın M-2 döyüş maşınları ilə təchiz edilmiş 47-ci mexanikləşdirilmiş briqadasının müqaviməti ilə qarşılaşan Rusiya dəniz piyadaları və paraşütçüləri zirehli texnikanı birbaşa Kursk vilayətində Ukrayna hərbçilərinin mövqelərində ataraq təşviş içində qaçırlar.

AzVision.az xəbər verir ki, “Forbes” nəşri rusların belə hücumlarının nəticəsinin yalnız artan miqdarda məhv edilmiş texnika olduğunu yazır.

“Ruslar ümidsiz şəkildə Kursk bölgəsini azad etməyə çalışırlar və böyük itkilər verirlər”, - bölməsi 47-ci briqada ilə eyni sektoru müdafiə edən Ukrayna dəniz pilotsuz təyyarəsinin operatoru Kriqsforşer bildirib.

Lakin əhəmiyyətli itkilərə baxmayaraq, bu, Rusiyanın dörd ildir davam edən müharibəni uduzduğu anlamına gəlmir. Mənasız hücumlarda o qədər də texnika sərf etməyən Ukraynanın özü də uzun cəbhə xəttində ciddi çətinliklərlə üzləşir.

“Forbes” nəşrinin məlumatına görə, yanvarın 18-də Rusiyanın 155-ci ayrıca dəniz piyada briqadası və 234-cü hava desant-hücum alayının iştirakı ilə başlayan üç günlük hücum zamanı 14 piyada döyüş maşını və üç T-80 tankı məhv edilib. Dünən və ya ondan bir qədər əvvəl baş verən başqa bir hücumda isə ruslar ən azı dörd tank, döyüş maşını və bir pikap itkiriblər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Kursk   ruslar   itkilər  





Xəbər lenti