50 milyon rüşvət alan xüsusi xidmət orqanı əməkdaşları saxlanılıb

 50 milyon rüşvət alan  xüsusi xidmət orqanı əməkdaşları saxlanılıb
  29 Yanvar 2025    Oxunub:468
Rusiyada qalmaqallı həbs həyata keçirilib. “112” Telegram kanalının yaydığı məlumata görə, Rusiya Futbol İttifaqının (RFS) keçmiş vitse-prezidenti, hazırda "Fonbet" bukmeker şirkətinin baş direktoru olan Sergey Anoxin Moskvada saxlanılıb.
Qeyd edilib ki, keçmiş yüksək rütbəli idman məmurunun həbsinə səbəb onun xüsusi xidmət orqanı əməkdaşlarına rüşvət verməsi olub.

İlkin məlumata görə, Anoxin təhlükəsizlik qüvvələrinin nümayəndəsinə 50 milyon rubl rüşvət verib. Pulu alan şəxs də saxlanılıb.

Qeyd edək ki, Anoxin əvvəllər çimərlik futbolunda oyunçu olub. O, futbolçu karyerası ərzində "Strogino" komandasında çıxış edib.

"Fonbet" rəhbəri Rusiya Futbol İttifaqının vitse-prezidenti və Moskva Futbol Federasiyasının prezidenti vəzifələrində çalışıb. Anoxin 2022-ci ilin aprel ayına qədər Rusiya Futbol İttifaqının icraiyyə komitəsinin üzvü və Rusiya Futbol İttifaqının əsas futbol komitəsinin də sədri olub. O, həm də 2020-ci ildən 2021-ci ilə kimi klubda çalışıb, “Ximki” futbol klubunun keçmiş baş direktorudur.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti