CNN aviadispetçerlərin qəzadan əvvəlki danışıqlarını yayıb - VİDEO

CNN aviadispetçerlərin qəzadan əvvəlki danışıqlarını yayıb   - VİDEO
  30 Yanvar 2025    Oxunub:535
ABŞ-nin Aviadispetçer Xidmətinin operatorları sərnişin təyyarəsi ilə toqquşmadan əvvəl hərbi "Black Hawk" helikopteri ilə əlaqə saxlamağa çalışıblar.
Bu barədə CNN LiveATC xidməti tərəfindən yayımlanan dispetçerlərin söhbətlərinə istinadən məlumat yayıb.

Səsyazmada dispetçerin helikopter ekipajından sərnişin təyyarəsini görüb-görmədiklərini soruşması əks olunub. Sonra isə pilotlara təyyarəni ötürüb onun ardınca uçmağı əmr edilir. Bundan sonra operatorun ah-naləsi eşidilir və nəzarət qülləsi səmada baş verənlərlə bağlı digər təyyarənin pilotunu xəbərdar edir.

Təyyarə qəzasından sonra çaydan 19 cəsəd çıxarılıb - VİDEO
"Biz onlarla qısa məsafədə idik və Potomak çayının əks tərəfindən gələn parıltıları(partlayış işığını nəzərdə tutur-red.) gördük",- deyə pilotlardan biri nəzarətçiyə bildirib.

Xatırladaq ki, Vaşinqtonda gecə uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.

Qəzadan sonra təyyarə hava limanının yaxınlığında olan Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
Xarici KİV artıq çaydan 19 cəsədin çıxarılmasını yazıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Qəza   ABŞ   Təyyarə   Pilot  





Xəbər lenti