Qəzaya düşən təyyarədə rusiyalı dünya çempionları da olub

   Qəzaya düşən təyyarədə rusiyalı dünya çempionları da olub
  30 Yanvar 2025    Oxunub:570
Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində fiqurlu konkisürmədə cütlük üzrə dünya çempionları, Rusiya milli komandasının üzvləri də olub.
Bu barədə TASS məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.

"Qəzaya düşən təyyarənin göyərtəsində məşqçilərimiz Yevgeniya Şişkova və Vadim Naumov olub", - agentliyin mənbəsi bildirib.

Rusiya: "ABŞ rəsmilərində sərnişinlərin durumu barədə məlumat yoxdur"
Qeyd edək ki, 52 yaşlı Şişkova və 55 yaşlı Naumov 1994-cü il Dünya Çempionatının qalibləridir. Onlar həmçinin cütlüklərlə konkisürmə üzrə Dünya Çempionatının gümüş və bürünc mükafatçıları olublar. Şişkova və Naumova karyeralarını bitirdikdən sonra məşqçiliyə keçiblər və 1998-ci ildən ABŞ-də yaşayırlar.

Xatırladaq ki, Vaşinqtonda gecə uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.

Qəzadan sonra təyyarə hava limanının yaxınlığında olan Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. Reyqan hava limanında bütün uçuşlar və enişlər dayandırılıb. Vaşinqton polisinin bildirdiyinə görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
Xarici KİV artıq çaydan 19 cəsədin çıxarılmasını yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Təyyarə   Qəza  





Xəbər lenti