ABŞ mətbuatı Azərbaycandan yazdı
Qeyd olunub ki, Türkiyə Azərbaycanın çoxdankı və ən yaxın müttəfiqidir. Hər iki dövlət özünü iki ölkədə yaşayan bir xalqın parçası hesab edir. Digər tərəfdən, İsrail neft, silah və mobil telekommunikasiya kimi sahələrdə geniş ticarət əlaqələri olan Azərbaycanın yaxın tərəfdaşıdır.
Məqalə Azərbaycanın iki müttəfiqi arasında gərginliyi azaltmaq üçün nə etməli olması sualını qoyur. Həm Türkiyə, həm də İsrail Azərbaycana bir neçə sahədə, xüsusilə İkinci Qarabağ müharibəsində dəstək veriblər. Bu iki ölkə arasında əməkdaşlıq Azərbaycanı beynəlxalq və regional müstəvidə daha da gücləndirir.
Müəllif iki müttəfiqimiz arasındakı münaqişəli vəziyyətin ölkəmizin maraqlarına cavab vermədiyini və bunu nəzərə alan Azərbaycanın vasitəçilik üçün bütün mümkün diplomatik vasitələrdən istifadə etməyə çalışdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu reallaşarsa, Azərbaycan müttəfiqlərinə güvənən bir ölkədən Yaxın Şərqdəki münaqişələrdə vasitəçilik edən və onları nizamlayan ölkəyə çevriləcək. Politoloq əmindir ki, Türkiyə ilə İsrail arasında vasitəçilik təkcə Azərbaycanın deyil, eləcə də İsrail və Türkiyənin təhlükəsizliyini gücləndirəcək, bütün regionda sabitliyi artıracaq.
Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.
AzVision.az
Teqlər: