İranın XİN rəhbəri Qətərə gedir

İranın XİN rəhbəri Qətərə gedir
  30 Yanvar 2025    Oxunub:380
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanacaq.
Yerli mətbuatın məlumatına görə, o, Dohada Fələstinin HƏMAS qruplaşmanın ali rütbəli nümayəndələri ilə görüşəcək. Tərəflər Qəzza zolağındakı cari vəziyyət ətrafında müzakirələr aparacaqlar.

Əraqçi həmçinin Qətər hökumətinin nümayəndələri ilə görüşlər keçirərək, ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparacaq.
Əraqçi: "Nüvə obyektlərinə hücum Yaxın Şərqi fəlakətə sürükləyər" - VİDEO

Xatırladaq ki, İranın xarici işlər naziri ötən günlərdə Britaniyanın "Sky News" telekanalına müsahibəsində İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə mümkün hücumuna eyham vurmuşdu. Onun bu çıxışı ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışı fonunda təsadüfi deyil. Çünki İsrail tərəfi ümidvardır ki, o, İranın nüvə obyektlərinə hücumu dəstəkləyəcək, hətta gözlənilən hücumu birbaşa ABŞ həyata keçirəcək. Hərçənd seçki kampaniyası dövründə İrana qarşı "ciddi tədbir" görəcəyinə eyham vuran Tramp açıq-aydın söyləyib ki, Tehranın nüvə probleminin diplomatik yolla həllinə tərəfdardır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Qətər   HƏMAS   görüş  





Xəbər lenti