Ukrayna ordusu hər ay 50 min itki verir

   Ukrayna ordusu hər ay 50 min  itki verir
  30 Yanvar 2025    Oxunub:525
Ukrayna Silahlı Qüvvələrinin (VSU) son altı ayda ağır itkilər verir. VSU-nun aylıq itkiləri ardıcıl olaraq təxminən 50 min nəfər və daha yüksək göstəricidə olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Corcesku: “Ukraynanın bölünməsi qaçılmazdır”
“İtkilər 2025-ci ilin yanvarında - 51,960 nəfər, 2024-cü ilin dekabrında - 48,470 nəfər, 2024-cü ilin noyabrında isə 60,805 nəfər təşkil edib" , - məlumatda qeyd edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   İtki   Rusiya  





Xəbər lenti