Pentaqon: “Rusiyanın Arktikanın sərvətlərinə iddiası əsassızdır”

 Pentaqon: “Rusiyanın Arktikanın sərvətlərinə iddiası əsassızdır”
  30 Yanvar 2025    Oxunub:469
ABŞ-nin Müdafiə nazirliyi Rusiyanın Arktika bölgəsindəki resurslara əsassız iddialar irəli sürdüyünü açıqalyıb.
AzVision.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Baş Qərargah rəisinin əməliyyatlar, planlaşdırma və strategiya üzrə müavini kontr-admiral Ben Nikolson Vaşinqtonda Atlantika Şurasının konfransında çıxışı zamanı Arktikada, məsələn, Qırmızı dənizdəki kimi birbaşa hərbi qarşıdurma zonaları olmadığını bildirib.

“Lakin sərvətlərlə zəngin olan bu region digər ölkələr üçün getdikcə daha cəlbedici olur. Rusiya regionda hərbi-iqtisadi mövcudluğunu genişləndirir və dənizin dibində yerləşən resurslara əsassız iddialar irəli sürür. Bundan əlavə, Arktika dövləti olmayan Çin regionda mövcudluğunu gücləndirməyə və təsirini artırmağa çalışır”, - amerikalı kontr-admiral deyib.

Kovalçuk: “Əsas hədəf Arktikadır”
Ben Nikolsonun sözlərinə görə, ABŞ və onun Arktikadakı müttəfiqləri regionda potensial düşmənə qarşı güclü kollektiv maneə yaradırlar.

Qeyd edək ki, əvvəllər Qərb mətbuatı ABŞ-nin və onun müttəfiqlərinin buzqıran donanmanın inkişafı sahəsində Rusiyadan xeyli geri qaldıqlarına diqqət şəkirdi. Sanksiyalara rəğmən, Rusiya daim yeni buzqıran gəmiləri işə saldığı halda, ABŞ-də yalnız imkanları məhdud olan bir neçə beıə gəmi var.

Yaxın bir neçə ildə üç Amerika buzqıran gəmisinin suya salınacağı gözlənilsə də, bəzi ekspertlər bu planların həyata keçirilməsi müddətinin uzadıla biləcəyini istisna etmirlər.

Xatırladaq ki, iki gün əvvəl Rusiyanın “Kurçatov İnstitutu” Milli Tədqiqatlar Mərkəzinin prezidenti Mixail Kovalçuk Arktikanı gələcəyin sınaq meydamı kimi qiymətləndirib.
Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Arktika  





Xəbər lenti