Aİ-nin Ermənistandakı missiyasınin müddəti uzadılıb

   Aİ-nin Ermənistandakı missiyasınin müddəti uzadılıb
  30 Yanvar 2025    Oxunub:372
Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının müşahidəçiləri daha iki il sərhəddə fəaliyyət göstərəcəklər.
Bu barədə Avropa İttifaqı Şurası müvafiq qərar verib. Müşahidəçilərin fəaliyyət müddəti 2027-ci il fevralın 19-dək uzadılmaqla yanaşı missiyaya 44 milyon avro büdcə ayrılıb.

Xatırladaq ki, Aİ-nin Ermənistanda monitorinq missiyası ilkin mərhələdə 100 nəfərlik qrupla 20 fevral 2023-cü il tarixində 2 il müddətinə başlayıb. 2023-cü ilin dekabrında müşahidəçilərin sayı 209 nəfərə çatdırılıb. 2024-cü ilin martında Ermənistan Parlamenti ilə Avropa İttifaqı missiyanın statusu haqqında sazişi təsdiqləyib. Sazişə əsasən, müşahidəçilərə həbs toxunulmazlığı və s. imtiyazlar verilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   missiya  





Xəbər lenti