Netanyahu məhbuslarla bağlı göstəriş verdi

Netanyahu məhbuslarla bağlı göstəriş verdi
  30 Yanvar 2025    Oxunub:332
İsrail hökumətinin başçısı Benyamin Netanyahu Tel-Əvivin HƏMAS tərəfindən azad edilən girovlar üçün təhlükəsizlik zəmanəti alana qədər fələstinli məhbusların azad edilməsi prosesinin müvəqqəti dayandırılması barədə göstəriş verib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

“Netanyahu müdafiə naziri İsrael Katz ilə birlikdə girovlarımızın növbəti mərhələlərdə təhlükəsiz çıxışı təmin olunana qədər terrorçuların azad edilməsini təxirə salmağı əmr edib”, - bəyanatda qeyd olunub.

Zəmanətləri təmin etmək üçün İsrailin vasitəçilərdən kömək istədiyi bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti