Komitə sədri din xadimlərinə tapşırıq verdi
Qeyd edib ki, həm sovetlər zamanı, həm də işğal dövründə dağıntılara, vandalizmə məruz qalmış tarixi-dini abidələrin bərpası, ehtiyac olan yerlərdə yeni ibadət evlərinin inşasına dəstək verilməsi tolerantlığın təşviqinə yönəlmiş dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
R.Məmmədov Göygöldə “Heydər” məscidini də ziyarət edib. Məsciddə fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı komitə sədri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına göstərilən həssas münasibətin önəmini vurğulayıb:
"Ölkəmizə qarşı yönələ biləcək ideoloji təxribatların qarşısının alınmasında, gənclərin milli ruhda tərbiyəsində dini maarifləndirmə prioritet istiqamətlərdən biridir. Din xadimlərinin ən ali məqsədlərindən biri milli-mənəvi dəyərləri təşviq etməkdir".
Komitə sədri, həmçinin dindən müxtəlif mərkəzlərin maraqlarının reallaşdırılmasında alət kimi istifadə edilməsi, eləcə də dini fərqliliklərin cəmiyyətin qütbləşməsinə yönəldilməsi cəhdlərinin qarşısının almasında din xadimlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.
AzVision.az
Teqlər: