Paşinyan siyasi qətllər və çəkicindən danışdı

Paşinyan siyasi qətllər və çəkicindən danışdı
  31 Yanvar 2025    Oxunub:268
Ermənistanın Baş naziri Nikol Paşinyan diqqət çəkən açıqlamalar verib.
O, mətbuat konfransında iddia edib ki, ölkəsi guya "demokratiya" yolunda uğurlar qazanır.

Lukaşenko: "Paşinyan Ermənistanı məhv edəcək"
Paşinyan 2021-ci il seçki kampaniyası zamanı əlində tutduğu çəkic ilə bağlı sualı da cavablandırıb. Siyasətçi Ermənistan hakimiyyətinin qəti siyasəti və demokratiyanın müdafiəsindəki "əzm"i sayəsində son vaxtlar ölkədə heç bir siyasi qətl hadisəsinin baş vermədiyini söyləyib.

Ermənistan rəhbəri çəkicin hakimiyyətin qətiyyətinin simvolu olduğunu söyləyib: "O çəkic ölkədə vəziyyəti, sabitliyi pozmağa və dağıdıcı siyasi proseslərə təşəbbüs göstərməyə cəhd edənlərin hamısının “başına dəyməyə” hazır idi. Bu müddət ərzində çox şey yaşadıq. Məgər Ermənistanda siyasi qətllər olub? Bu, çəkicin "iş"inin nəticəsi deyilmi? Biz bu çəkici obrazlı desək, yerinə oturdulmalı olanların başına vurduq".

Paşinyan jurnalistin çəkicin nəticələrinin demokratiyanı ağırlaşdırmasına dair söz atmasına da cavab verib. Erməni baş nazir qeyd edib ki, çəkic adi vətəndaşlara deyil, insanları, onların azadlıq və təhlükəsizliyini təhdid etməyə cəhd edəcək şəxslərə yönəlib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Çəkic   Paşinyan  





Xəbər lenti