Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

   Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
  31 Yanvar 2025    Oxunub:326
Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda komitə sədri Nuray Əliyeva 2024-cü ilin payız sessiyası dövründə rəhbərlik etdiyi qurumda görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda, yaz sessiyasında görüləcək işlər müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb.

Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.

AzVision.az



Teqlər:





Xəbər lenti