Ədliyyə naziri Astarada vətəndaşlarla görüşüb

Ədliyyə naziri Astarada vətəndaşlarla görüşüb
  01 Fevral 2025    Oxunub:313
Ədliyyə naziri Fərid Əhmədov ötən gün Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
AzVision.az nazirliyə istinadən xəbər verir ki, qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.

Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti