Kanadalıları “çətin vaxtlara” hazırlayırlar

   Kanadalıları “çətin vaxtlara” hazırlayırlar
  01 Fevral 2025    Oxunub:1360
ABŞ-nin 25 faiz rüsum tətbiq etmək qərarına Kanada dərhal cavab verəcək.
AzVision.az “Reuters” agentliyinə istinadən bildirir ki, Kanadanın baş naziri Castin Trüdo belə bəyanat verib.

“Mən vəziyyəti bəzəməyəcəyəm - ölkəmizi yaxın günlərdə və həftələrdə çətin günlər gözləyə bilər. Amma hökumət vədəndaşları dəstəkləyəcək. Ottava dərhal məqsədli, qəti, lakin ağlabatan cavab verməyə hazırdır”, - Trüdo iddai edib.

Trüdo bildirib ki, Ottava Vaşinqtonun tariflər tətbiq etməsini və buna cavab vermiləsini istəmədiyini, lakin öz hökumətinin istənilən ssenariyə hazır olduğunu vurğulayıb.

Ottava Vaşinqtona xəbərdarlıq edib
Kanadanın Xarici İşlər naziri Melani Joli isə Trampın 25%-lik tariflər tətbiq edəcəyi halda, , Ottavanın ABŞ-yə elektrik enerjisi və enerji resurslarının tədarükünü dayandırmağa hazır olduğunu açıqlayıb. Öz mallarının 75%-ni ABŞ-yə satan Kanada, demək olar ki, oradan aldığı bütün mallara tariflər tətbiq etməyə hazılaşır.

Qeyd edək ki, bundan əvvəl Donald Trampın mətbuat katibi Kerolayn Levitt ABŞ prezidentinin fevralın 1-dən Meksika və Kanadadan gətirilən mallara 25%, Çin mallarına isə 10% rüsumun tətbiqi barədə göstəriş verəcəyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Trüdo   ABŞ   xəbərdarlıq  





Xəbər lenti