Kelloq: “Tramp hər iki tərəfə təzyiq göstərəcək”

      Kelloq:    “Tramp hər iki tərəfə təzyiq göstərəcək”
  01 Fevral 2025    Oxunub:306
ABŞ prezidenti Donald Tramp iki ölkə arasında müharibəyə son qoymaq üçün həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərmək niyyətindədir.
AzVision.az xəbər verir ki, ABŞ prezidentinin Ukrayna üzrə Xüsusi Nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına müsahibəsində belə deyib.

“O, hara təzyiq göstərməyi, hara isə təzyiq göstərməməyi bilir. Amma daha da vacib olan budur ki, həm ukraynalılara, həm də ruslara qarşı təsir rıçaqları yaradacaq. Sətirarası oxuya bilərsiniz ki, bu, əslində, rıçaqların necə yaradıldığını göstərir. O, sövdələşmələri əla şəkildə bağlayır”, - Kelloq vurğulayıb.

ABŞ prezidentinin Xüsusi Nümayəndəsi qarşıdakı 100 gündə müharibənin sona çatması istiqamətində müəyyən irəliləyişin əldə edəcəyini gözlədiyini bildirib.
Donal Tramp da, öz növbəsində, Ağ Evdə yurnalistlərə deyib ki, o, Rusiya prezidenti Vladimir Putinlə hərbi əməliyyatların dayandırılmasını müzakirə etməyi planlaşdırır.

- Biz danışacağıq və bəlkə də əhəmiyyətli bir şey edəcəyik. Müharibənin dayandırılması ilə bağlı Moskva ilə çox ciddi müzakirələr aparıram”, - ABŞ prezidenti açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kelloq   Tramp   təzyiq  





Xəbər lenti