Birol Akgün səlahiyyətlərinin icrasına başlayıb

Birol Akgün səlahiyyətlərinin icrasına başlayıb
  01 Fevral 2025    Oxunub:318
Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün səlahiyyətlərinin icrasına başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə səfirlik rəsmi "X" hesabında məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.

Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.
AzVision.az



Teqlər: Səfir  





Xəbər lenti