Netanyahunun Prezident Donald Trampla görüşü isə sabah baş tutacaq. Tramp jurnalistlərə açıqlamasında gözlənilən görüşü "böyük görüş" kimi qiymətləndirib.
Netanyahunun ABŞ-yə səfər tarixi müəyyənləşib |
Xatırladaq ki, İsrailin hökumət başçısının ABŞ-yə gözlənilən səfəri barədə ötən həftə yerli mətbuatda xəbərlər yayılırdı. Bu səfərin əvvəlcə 3-5 fevral aralığında reallaşacağı diqqətə çatdırılırdı. Yanvarın 28-də isə Donald Tramp Vaşinqtona səfərlə əlaqədar Netanyahuya şəxsən dəvət göndərib. Beləliklə, Benyamin Netanyahu Ağ Evdə Trampın qəbuluna gələn ilk xarici liderdir.
Firudin Həmidli
AzVision.az