MİT PKK-nin rəhbər şəxslərindən birini zərərsizləşdirib

   MİT PKK-nin rəhbər şəxslərindən birini zərərsizləşdirib
  03 Fevral 2025    Oxunub:410
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Kobani şəhərində keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının bu ərazi üzrə "Azad" kod adlı Mahmud Ağcanı öldürülüb.
Məlumata görə, Mahmud Ağcanın adıçəkilən şəhərdəki evlərin birində məskunlaşdığı, görüşlər keçirdiyi müəyyənləşib. Terror başçısı əməliyyat çərçivəsində öldürülüb.

Bildirilir ki, o, PKK-yə 2006-cı ildə qoşulub. 2015-ci ilədək Mülki Mühafizə Bölmələrində fəaliyyətində göstərib. Həmin il qruplaşmanın hərbi kəşfiyyat idarəsinə qatılıb. Ağca sözügedən dövrdə Türkiyədə həyata keçirilmiş bir sıra terror aktının təşkilatçısı kimi tanınır.. Bu terror hadisələrində onlarla türk əsgər və polisinin şəhid düşdüyü vurğulanır.

Xatırladaq ki, yanvarın 8-də yerli mətbuatda yayılan məlumata görə, Türkiyə Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində Suriyanın şimal-şərqində daha da qızışan PKK terror təşkilatına mənsub kürd separatçılarına qarşı genişmiqyaslı əməliyyat keçirmək üzrə hazırlıq işləri görür.
Türkiyə son həftədə 57 terrorçunu zərərsizləşdirib - VİDEO

"Terrorçular silahı yerə qoymayıb Qərbin dəstəyi ilə rəsmi muxtariyyət almağa cəhd göstərsələr, Türkiyənin Suriya ilə birgə onlara qarşı genişmiqyaslı hərbi əməliyyatı qaçılmaz olacaq", - xarici işlər naziri Hakan Fidan gözlənilən əməliyyat barədə bildirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   PKK   əməliyyat  





Xəbər lenti