Bir aya 762 mina zərərsizləşdirilib

Bir aya 762 mina zərərsizləşdirilib
  03 Fevral 2025    Oxunub:365
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
Məlumata görə, azad olunan ərazilərdə yanvar ayı ərzində 257 tank əleyhinə mina, 505 piyada əleyhinə mina, 1497 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 3583.8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.
AzVision.az



Teqlər: Mina  





Xəbər lenti