Azərbaycanın turizm imkanları Pakistanda nümayiş etdirilib

Azərbaycanın turizm imkanları Pakistanda nümayiş etdirilib
  03 Fevral 2025    Oxunub:336
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart” sərgisində Azərbaycanın turizm imkanları nümayiş etdirilib.
Turizm Agentliyindən AzVision.az -a bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC və ölkəni təmsil edən altı turizm şirkətinin iştirak etdiyi sərgidə stend ziyarətçilərinə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi və mədəni abidələr, milli mətbəx, turizm marşrutları və müasir turizm infrastrukturu barədə məlumat verilib.

Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmid “Destinasiyaların yenidən təyin edilməsi: Dayanıqlı turizm və davamlı gələcək” adlı panel müzakirəsində, eləcə də İslam Ticarət və İnkişaf Palatası (ICCD) tərəfindən təşkil edilən “Dayanıqlı Turizm Forumu”nda çıxış edərək, Azərbaycanın dayanıqlı turizm təcrübələri və turizm sahəsində dövlət-özəl tərəfdaşlığı mövzularında ətraflı danışıb.

Qeyd edək ki, AZAL tərəfindən Pakistanın İslamabad və Lahor şəhərlərindən Bakıya birbaşa uçuşlar həyata keçirilir. 2024-cü ildə Azərbaycana səfər edən Pakistan vətəndaşlarının sayı 80 min 924 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 47 faiz artım deməkdir.
AzVision.az

Qalereya




Teqlər: Turizm  





Xəbər lenti