AZAL təyyarəsinin qəza səbəbləri yaxın günlərdə açıqlanacaq

   AZAL təyyarəsinin qəza səbəbləri yaxın günlərdə açıqlanacaq
  04 Fevral 2025    Oxunub:329
Qazaxıstanın Nəqliyyat Nazirliyi yaxın günlərdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc edəcək.
Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında məlumat verib.

Qazaxıstanda AZAL təyyarəsi ilə bağlı araşdırmalar davam edir
"İşlər son mərhələdədir. Yaxın günlərdə ilkin hesabatın rəsmi qaydada saytımızda dərc olunacağını gözləyirik. Mütəxəssislərə öz işlərini başa çatdırmaq üçün vaxt lazımdır. Bu, çox incə və əziyyətli işdir",- nazir qeyd edib.

Qazaxıstan rəsmisi onu da vurğulayıb ki, prosesdə ölkəsi ilə yanaşı Braziliya, Rusiya və Azərbaycandan mütəxəssisləri də iştirak edir: "Mütəxəssislər çox çalışırlar. Prosesə beynəlxalq mütəxəssislər cəlb olunub. Bunlar Azərbaycan Respublikasından, Rusiya Federasiyasından, Embrarerin istehsalçısı kimi Braziliyadan, CENIPA (Braziliya Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi - red.) və ICAO-dan (Beynəlxalq Mülki Aviasiya Təşkilatı -red.) olan beynəlxalq ekspertlərdir. Onların hamısı işlərin son mərhələsini görür".

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   AZAL   Qazaxıstan  





Xəbər lenti