Paşinyan: “Soyqırımı mifini bizə sırıyıblar”

      Paşinyan:    “Soyqırımı mifini bizə sırıyıblar”
  04 Fevral 2025    Oxunub:253
“Erməni soyqırımı” mövzusunda spekulyasiya yolu ilə erməni cəmiyyətini idarə etmək istəyən qüvvələr var.
AzVision.az xəbər verir ki, Vaşiqntonda erməni icması ilə görüşdə artıq baş nazir olarkən belə qənaətə gəldiyini deyən Ermənistanın baş naziri Nikol Paşinyan, əvvəllər bu barədə düşünmədiyindən şikayətlənib.

Onun sözlərinə görə, bütün növ liderlərlə söhətlərdə onlar eyni qaydada “Bilirsiniz nə var? Bu dünyada hər kəsin rolu var, sizin də rolunuz şəhid olmaqdır” ifadəsini işlədirlər. Amma ermənilər artıq şəhid olmaq istəmirlər, sadə insan olmaq istəyirlər.

“İstəyirik ki, Ermənistanda sadə bir insan adi həyat yaşasın, şəhid xalqın nümayəndəsi rolunda olmasın. Hesab edirəm ki, bu, çox vacib məsələdir və biz bunu milli səviyyədə müzakirə etməliyik. İstəmirəm ki, bu, bizim tarixi missiyamız, rolumuz, bu dünyada yerimiz olsun. Şəhid olmamaq üçün var gücümüzlə mübarizə aparacağıq”, - Ermənistanın baş naziri deyib.

Baş verənləri tarixi ritorika dəyişikliyi kimi qiymətləndirən Paşinyan bu ritorikanın reallığa çevrilməsinin bir missiya olduğunu və onu yerinə yetirmək üçün hamı ilə birfə mübarizə aparacağını iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   ermənilər  





Xəbər lenti