Ukrayna rusları yarım tonluq yeni ağıllı bombalarla vurur - VİDEO

 Ukrayna rusları yarım tonluq yeni ağıllı bombalarla vurur  - VİDEO
  04 Fevral 2025    Oxunub:318
Ukrayna ordusunun Su-27-ləri JDAM-ER-lərə (Joint Direct Attack Munition) uyğunlaşdırılmış 1000 funt (454 kq) çəkisi olan "Mark 83" bombalarından istifadə etməyə başlayıb.
Bu barədə “The Aviationist” məlumat yayıb.

Əsas hədəf cəhənnəm bombasıdır - Kiyev FAB-larla necə mübarizə aparacaq?
Bununla bağlı 39-cu Taktik Aviasiya Briqadası da yerli mediaya xüsusi video təqdim edib. Videoda Ukraynaya məxsus Su-27 qırıcısının Rusiya mövqelərinə bir cüt dəqiq idarə olunan ağıllı bomba atması əks olunub.

Ən maraqlısı odur ki, əvvəllər orduda yalnız 500 funt və 2000 funtluq bombalar üçün nəzərdə tutulmuş JDAM-ER dəstlərinin mövcud olduğu bildirilirdi. Onlar müvafiq olaraq "GBU-62" və "GBU-64" adlandırılırdı.

Amerika rəsmiləri və ekspertləri isə indiyə kimi 1000 funtluq bombalar üçün JDAM-ER dəstinin hazırlanması barədə danışmayıblar. Ekspertlər yeni bombanın xüsusi olaraq Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün yaradıla biləcəyini ehtimal edirlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bomba   Ukrayna  





Xəbər lenti