Fərid Qayıbov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Fərid Qayıbov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
  04 Fevral 2025    Oxunub:293
Gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Tamaş Yojef Tormanı qəbul edib.
AzVision.az xəbər verir ki, görüş zamanı gənclər sahəsində mübadilə imkanları və idman sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Macarıstan Səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə birinci baş katibi Monika Felföldi də iştirak ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti