Mask Təhsil Nazirliyində araşdırmalara başlayıb

 Mask Təhsil Nazirliyində araşdırmalara başlayıb
  05 Fevral 2025    Oxunub:290
İlon Maskın hökumətin səmərəliliyi nazirliyi (DOGE) ABŞ Təhsil Nazirliyində araşdırma aparır. Araşdırmalar yeni ixtisarlarla nəticələnə bilər.
Bu fikirlər "New York Times"də (NYT) dərc olunan məqalədəndir.

İlon Mask: “USAİD cinayətkar qurumdur”
Nəşr yazıb ki, yoxlamalarla bağlı təhsil nazirinin vətəndaş hüquqları üzrə köməkçisi vəzifəsini icra edən Kreyq Treynor öz tabeliyində olanlarla görüş keçirib.

"Yəqin hamınız bilirsiniz ki, DOGE komandası hazırda buradadır və onlar prezident Trampın federal bürokratiyada islahatlar aparmaq üçün Amerika xalqına verdiyi vədi yerinə yetirmək üçün çalışırlar",- Treynor komandası ilə görüşdə deyib.

Nəşr qeyd edib ki, Maskın komandasının bu nazirlikdə olması bir daha göstərir ki, milyarder Amerika hökumətində öz mövqelərini gücləndirir.

"Həmçinin ABŞ Təhsil Nazirliyinin Vətəndaş Hüquqları Bürosunun rəsmilərinə bildirilib ki, onlar indi federal büdcə ilə maliyyələşdirilən məktəblərdə antisemitizm hadisələrinin araşdırılmasına diqqət yetirəcəklər", - NYT yazıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Donald Trampın administrasiyasında ABŞ Təhsil Nazirliyinin tam ləğvinə səbəb ola biləcək fərmanın verilməsi müzakirə olunur. Nazirliyin gələcəyi ilə bağlı müzakirələr fonunda onlarla nazirlik əməkdaşı inzibati məzuniyyətə göndərilib. Bu addımın səbəbləri hələ ki, izah edilməyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Mask  





Xəbər lenti