Nəşr ABŞ rəsmilərinə istinad edib. Rəsmilər qeyd ediblər ki, bu cür tədbirlər MKİ-nin prezident Donald Trampın yeni “prioritetlərinə” uyğunlaşdırılması cəhdidir. Bu, narkotik kartelləri ilə mübarizə aparmaqla bağlı planların də bir hissəsi sayıla bilər.
İxtisara görə amerikalı məmurlara 8 aylıq maaş təklif ediblər |
ABŞ-nin Personal İdarəetmə Xidməti yanvarın sonunda federal işçilərə maaş çekləri müqabilində istefa vermə variantını təklif edən məktub yaymışdı. MKİ isə öz işçilərinə bu sxemi təklif edən ilk kəşfiyyat orqanı oldu.
Yanvarın sonunda rəsmən vəzifəsinin icrasına başlayan Tramp 51 keçmiş kəşfiyyat məmurunu təhlükəsizliklə bağlı xüsusi icazələrdən məhrum etmişdi. Onun belə qərar verməsinə səbəb həmin kəşfiyyatçıların 2020-ci ildə Cozef Baydenin arzuolunmaz kampaniyasını dəstəkləmələri olub.
Fevralın 3-də Donald Tramp Maykl Ellisi MKİ-nin direktor müavini təyin edib. ABŞ prezidenti deyib ki, Ellis Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffə agentliyin yenidən "dünyanın ən böyük kəşfiyyat orqanı" olmasına köməklik göstərəcək.
Xatırladaq ki, “Axios” portalı da yanvarın sonunda oxşar məlumat yaymışdı. Nəşr yazıb ki, Amerika hakimiyyəti öz istəkləri ilə istefa verəcək federal hökumət məmurlarına səkkiz aylıq maaş həcmində birdəfəlik “təzminat” ödəyəcək.
“Axios” onu da yazıb ki, bu sxem son nəticədə vergi ödəyicilərinə ildə 100 milyard dollara qədər qənaət gətirəcək. Yeri gəlmişkən, İlon Maskın rəhbəri olduğu “Hökumətin Effektivliyi Departamenti (DOGE)” artıq ABŞ hökuməti üçün gündə 1 milyard dollar qənaət etdiyini açqlayıb.
Tural Tağıyev
AzVision.az