İrəvan meriyasının işçiləri saxlanılıb

   İrəvan meriyasının işçiləri saxlanılıb
  05 Fevral 2025    Oxunub:253
Ermənistanın hüquq-mühafizə orqanları Yerevan meriyasının bir neçə əməkdaşını saxlayıb.
Bu barədə meriyanın mətbuat katibi Hayk Kostanyan sosial şəbəkələrdə məlumat yayıb.
Meriya nümayəndəsi saxlanmanın səbəbləri və ümumilikdə cinayət işi barədə məlumat verməyib. O, məsələ ilə maraqlananaları Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə müraciət etməyə çağırıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Oqancanyanın Sputnik Ermənistan-a verdiyi məlumata görə, hazırda bu iş araşdırma mərhələsindədir.
O, həqiqətən də saxlanılanların olduğunu qeyd edib. Lakin istintaqın maraqları naminə başqa təfərrüatları açıqlamayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti